Nəhayət qalmaqallı direktor işdən çıxarıldı
Gundeminfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.
Qeyd edilib ki, Agentliyin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Xatırladaq ki, ötən ay mətbuatda 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllimin eyni vaxtda işdən çıxarılması barədə məlumat yayılmış və müzakirələrə səbəb olmuşdu. İşdən azad edilən müəllimlərdən Saleh Məmmədov və Kəmalə Mönsümova iddia edirdi ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onları işdən uzaqlaşdırıb.
Həmçinin bir neçə ay öncə sosial şəbəkələrdə Afaq Əliyevaya aid səs yazısı da yayılmışdı. Direktor səs yazısında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur etmişdi.
62 dəfə oxundu











