Sarı və narıncı xəbərdarlıq verildi - Bu tarixlərdə

Sarı və narıncı xəbərdarlıq verildi -  Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

GUNDEMİNFO xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmət ayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...