Bankların kredit oyunu - Böyük məbləğlər, yüksək faizlər

Bankların kredit oyunu -
Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edir. Bankların təqdim etdiyi nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri, kreditin müddəti və məbləği fərqlidir.

Bakupost.az modern. az-a istinadən xəbər verir ki, nağd pul kreditlərinin məbləği 300 AZN-dən 150 000 AZN-ə qədər dəyişir. Faiz dərəcələri isə minimal 9,5%-dən başlayır və müxtəlif banklarda 18 faizə qədər yüksəlir. Kredit müddətləri 3 aydan 60 aya qədər təklif edilir. Çox sayda bank komissiyasız kredit imkanı təqdim etsə də, bəziləri müəyyən komissiyalar tətbiq edir. Komissiyalar 0-4 faiz arasında dəyişir.

Bankların kredit oyunu -

Azərbaycanın müxtəlif banklarında təqdim olunan nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri və kredit məbləğləri haqqında ətraflı məlumatı təqdim edirik:

Azərbaycanda nağd pul kreditləri üzrə faiz dərəcələri ölkənin inflyasiya və iqtisadi vəziyyəti ilə müqayisədə yüksəkdir. Banklar 9,5 faizdən başlayan faizlə kredit təklif etsələr də bəzi banklarda faizlər 18 faizə qədər yüksəlir. Bu, hətta ən aşağı faizlə kredit götürən müştərilər üçün belə ödənilən ümumi məbləğin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Bəzi banklar nağd pul krediti təklif edərkən 0%-3% arasında komissiya haqqı təyin edirlər. Bu isə əlavə maliyyə yükü yaradır və kredit götürən şəxsin xərcləri gözləniləndən daha yüksək ola bilər. Hər nə qədər banklar bu komissiyanı əsaslandırmağa çalışsalar da müştəri üçün "gizli xərclər" olaraq qalır.

Bəzi banklar kampaniyalarla kredit təklif etsələr də, bu kampaniyaların çoxu yalnız böyük məbləğlər üzrə təklif edilir və bu, kiçik ehtiyacları olan şəxslər üçün əlverişli olmur



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
18 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...