Bu şəxslərin “YouTube” girişi QADAĞAN EDİLDİ – YENİ QƏRAR

Bu şəxslərin “YouTube” girişi QADAĞAN EDİLDİ –
Türkiyədə azyaşlıların internet təhlükəsizliyi ilə bağlı mühüm qərar qəbul olunub.

Yenisabah.az xəbər verir ki, ölkənin Rəqəmsal Yayım Platformaları və Sosial Media Tənzimləmə Şurası 16 yaşdan kiçik şəxslərin “YouTube” hesabı açmasının qarşısını almaq üçün yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.

Yeni qərara əsasən, “YouTube” platformasında hesab yaratmaq istəyən istifadəçilər yaşlarını təsdiqləməli olacaqlar. 16 yaşdan aşağı olan şəxslərin isə platformaya üzv olmaları mümkün olmayacaq. Məqsəd uşaqları zərərli məzmuna qarşı qorumaq və onların onlayn təhlükəsizliyini təmin etməkdir. Marqarita pizza

Rəsmilər bildirir ki, bu addım uşaqların psixoloji və emosional inkişafına mənfi təsir göstərə biləcək videoların qarşısını almağa yönəlib. Qərarın tətbiqinin ardınca “YouTube” tərəfindən texniki və hüquqi nəzarət mexanizmlərinin gücləndiriləcəyi də gözlənilir.

Məsələ ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrindən fərqli reaksiyalar gəlsə də, əksər valideynlər bu qərarı müsbət qiymətləndirirlər. Onlar azyaşlıların internetdə sərbəst şəkildə vaxt keçirməsinin onların davranış və düşüncə tərzinə təsir etdiyini bildirirlər.

Qeyd edək ki, bu qərar yalnız “YouTube” ilə məhdudlaşmır. Gələcəkdə digər sosial media platformalarında da oxşar yaş məhdudiyyətlərinin tətbiqi gündəmdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...