“Navalnını zəhərləyib öldürüblər”

“Navalnını zəhərləyib öldürüblər”
Rusiyada həbsxanada dünyasını dəyişən müxalifətçi siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya onun ölümünün zəhərlənmə nəticəsində baş verdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat yayıb.
Yuliya Navalnayanın sözlərinə görə, bioloji nümunələri analiz edən iki laboratoriyanın nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir.
“2024-cü ilin fevralında biz Alekseyin bioloji nümunələrini əldə edib, Qərb ölkələrinin laboratoriyalarına göndərə bildik. Bir neçə ay əvvəl nəticələrin məlum olduğunu öyrəndim. Eyni vaxtda iki ölkənin iki laboratoriyası müstəqil olaraq Alekseyin zəhərləndiyi bildirdilər”, - Navalnaya qeyd edib.
Navalnaya analizin aparıldığı ölkələrin və laboratoriyaların adlarını çəkməsə də, həmin laboratoriyalardan öz nəticələrini dərc etməyi tələb edib.
Kremlin sözçüsü Dmitri Peskov isə CNN telekalının sualını cavablandırarkən jurnalistlərə onun bu açıqlamaları barədə heç bir məlumatı olmadığını bildirib.
“Bu açıqlamalar barədə heç nə bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Bu, heç bir şəkildə nə siyasi vəziyyətə, nə də danışıqlar prosesinə təsir edə bilər”, - o, qeyd edib.
Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidməti Navalnının ölümünü 2024-cü il fevralın 16-da elan edib. Rusiya hakimiyyəti onun ölümünün təbii səbəblərdən baş verdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...