Bakıya gətirilən bahalı avtomobillər yandı - VİDEO

Bakıya gətirilən bahalı avtomobillər yandı -
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

“Qafqazinfo” FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...