Maskın “nağılları” indi onun əleyhinə işləyir

Maskın “nağılları” indi onun əleyhinə işləyir
Təxminən on ildir İlon Mask “Tesla” avtomobillərinin tam avtonom idarə ediləcəyini vəd edir, lakin bu hələ də reallaşmayıb.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, indi dünyanın ən zəngin insanı həm Kaliforniya hakimiyyət orqanları, həm də Mayamidəki məhkəmə qərarları ilə üz-üzədir.
San-Fransiskoda federal hakim “Tesla”ya qarşı məhkəmə işi açıb. İddialara görə, Mask və şirkəti 2016-cı ildən bəri “avtopilot” imkanlarını şişirdərək alıcıları aldadıb. Bu arada “Tesla”ın satışları və gəlirləri də azalır.
Məhkəmə prosesləri şirkət üçün ciddi risklər yaradır. Əgər Kaliforniyada iddialar təsdiqlənsə, “Tesla” bu bazarda satış hüququnu müvəqqəti itirə bilər. Mayamidə isə münsiflər heyəti 2019-cu ildə baş verən ölümcül qəza ilə bağlı şirkəti qismən günahkar sayaraq 243 milyon dollar təzminat ödəməsini qərara alıb.
Ekspertlər bildirirlər ki, “Tesla”nın avtonom idarəetmə sistemi əslində hələ də yalnız sürücüyə kömək edən 2-ci səviyyə texnologiyadır. Yəni, sükan arxasında mütləq insan olmalıdır. Bununla belə, şirkət robot-taksi layihəsini sınaqdan keçirsə də, hər maşında ehtiyat üçün sürücü saxlanılır.
Mütəxəssislər hesab edir ki, Maskın yüksək vədləri uzun illərdir reallıqla üst-üstə düşmür. Əksinə, “Waymo” və digər şirkətlər artıq real robot-taksiləri küçələrə çıxarıb.
Son aylarda “Tesla”nın səhmləri və avtomobillərinin bazar qiyməti də aşağı düşüb. Şirkətin nüfuzuna zərbə vuran bu məhkəmə işlərinin gələcəkdə daha böyük nəticələr doğuracağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...