Dünyada uşaqlar arasında qızılca yayılır

Dünyada uşaqlar arasında qızılca yayılır
İngiltərə Xalq Sağlığı Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən açıqlanan yeni məlumatlara görə, ölkədə təxminən hər beş uşaqdan biri həyati vacib rutin peyvəndlərini vurdurmadan məktəbə başlayır.

Bakupost.az yerli KİV-ə istinadla xəbər verir ki, son on ildə davamlı şəkildə artan bu göstərici ciddi ictimai səhiyyə riski yaradır.

2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər olan dövrü əhatə edən hesabatda bildirilir ki, 5 yaşlı uşaqların 18,6%-i poliomielit, göy öskürək, tetanus və difteriyadan qorunmaq üçün vacib olan məktəbəqədər gücləndirici dozanı qəbul etməyib. Bu göstərici 10 il əvvəlki 13,7%-lə müqayisədə narahatedici artımı göstərir.

UKHSA xəbərdarlıq edib ki, bu vəziyyət çox sayda uşağı müdafiəsiz qoyur. Agentliyin İmmunizasiya direktoru Dr. Meri Ramsay deyib:

"Çox sayda uşaq məktəbə başladığı vaxt tam qorunmamış olacaq və ciddi xəstəlik riski ilə üz-üzə qalacaq".

O, bu il İngiltərədə baş verən qızılca epidemiyasına da diqqət çəkib.

Epidemiya nəticəsində 700-dən çox uşaq xəstələnib, bir uşaq isə həyatını itirib.

Həkimlər bu artışı MMR peyvəndinin (qızılca, məxmərək və parotit) əhatəsinin azalması ilə əlaqələndirirlər.

Bu, yalnız İngiltərəyə aid problem deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə təşkilatın Avropa bölgəsinə daxil olan 53 ölkədən 41-də 58 minədək qızılca hadisəsi qeydə alınıb. Bu rəqəm əvvəlki illə müqayisədə kəskin artımı göstərir.

Oxşar narahatlıqlar ABŞ-də də müşahidə olunur. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bir neçə ştatda artan qızılca hadisələrinə görə xəbərdarlıq edib və bunu peyvləndirmənin səviyyəsinin düşməsi ilə əlaqələndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...