Dünyanın ən qəribə cərimələri

Bakupost.az kp.ru-ya istinadla bu qadağaları təqdim edir:
İtaliya bu mövzuda xüsusi seçilir. Burada mağazaların və ya kafelərin günəşdən qoruyucu tentlərindən düşən kölgə əgər bələdiyyə torpağına düşürsə, sahibkar kvadratmetr üçün 8,4 avro ödəməlidir. Eyni qayda eyvan və terraslara da aiddir.
Sürprizlər bununla bitmir: göbələk və giləmeyvə yığmaq istəyənlər xüsusi 14 saatlıq kurs keçməli, sonra isə 25–40 avro arasında lisenziya haqqı ödəməlidirlər.
Avtomobil sahibləri də diqqətli olmalıdır – pəncərəni açıq qoyduğuna görə 39 avro, küçədə maşın yuduğuna görə isə 105- 422 avroya qədər cərimə kəsilə bilər.
Turistləri də cəzalar gözləyir: Çinkve-Terre bölgəsində tərliklə dağa çıxmaq qadağandır. Bu “xırda” pozuntuya görə 2500 avro ödəmək lazım gəlir.
Sardiniya çimərliklərində qum, daş və çanaq yığmaq olmaz,
Eraklea şəhərində isə uşaq oyuncağı olan qum qalası belə qadağan olunub – 250 avro cərimə tətbiq edilir.
Amerikada da bir sıra qəribə qanunlar hələ də qüvvədədir. Məsələn, oğru oğurladığı əşyanın dəyərinə uyğun vergi ödəməlidir. Əgər əşyanı bir il ərzində qaytararsa, vergidən azad olunur.
Vayominqdə qapını açıq qoyduğuna görə 750 dollar, Massaçusetsdə açıq pəncərə qarşısında xoruldadığına görə cərimə kəsilə bilər. Corciyada isə qızardılmış toyuğu bıçaq və çəngəllə yemək qadağandır – yalnız əllə yemək lazımdır.
Sinqapurda ictimai tualetdə suyu çəkməsəniz – 1000 dollar cərimə olunacaqsız.
Almaniyada yanacağn qurtar maşın avtobanda tıxaca səbəb olsa70 avro, həmçinin nalayiq əl hərəkətinə görə 4000 avroya qədər cərimə tətbiq olunur.
Yunanıstanda tarixi abidələrdə dabanlı ayaqqabı geyinmək olmaz – cəriçəsi 900 avrodur.
Kanadada xoşagəlməz qoxu yaymaq və ya alış-verişi yalnız xırda pulla ödəmək qadağandır.
Rumıniyada cadugərlər gəlirlərinin 16 faizini dövlətə vergi kimi ödəməlidirlər.
İsveçdə uşağın adı vergi orqanları ilə razılaşdırılmalıdır – əks halda valideynlərə 700 avroya qədər cərimə tətbiq oluna bilər.
Bu nümunələr göstərir ki, qanunlar bəzən ən gözlənilməz məqamlara belə sirayət edə bilir və hər bir ölkənin özünəməxsus hüquqi “ekzotikası” mövcuddur.
46 dəfə oxundu