Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib

Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra Telegram kanalında bildirib.

“Bizim bölmələrimiz düşməni məhv etməyə davam edəcək və qarşıdurmanın Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələrimizi hazırlayırıq”, - ukraynalı lider yazıb.

Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq üçün hər cəhdi Ukrayna Silahlı Qüvvələri bölmələrinin müqaviməti ilə boğulur.

Onun sözlərinə görə, Rusiya ordusu bu yay üçün komandanlığının gözləntilərindən xeyli geri qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...