PKK silahı yerə qoyur – FOTO
PKK terror təşkilatı 47 ildən sonra bu gün silahı yerə qoyur.
Yeniavaz.com “CNN Türk”ə istinadla xəbər verir ki, mərasim Şimali İraqın Süleymaniyyə şəhərində baş tutacaq.
Süleymaniyyədə bir çox jurnalist təşkilatın silahı yerə qoymasını müşahidə etmək üçün ərazidə gözləməkdə davam edir.
Digər tərəfdən, artıq DEM Partiyasının nümayəndə heyəti də daxil olmaqla 30 avtomobildən ibarət kavran Süleymaniyyə çölündə PKK-nın tərksilah mərasimi üçün hazırlanan əraziyə yola düşüb. Karvanı xüsusi təhlükəsizlik bölmələri müşayiət edir.
Süleymaniyyənin Raperin rayonunda keçiriləcək simvolik mərasimdə 33-44 nəfərlik bir qrup əvvəlcədən müəyyən edilmiş yerdə silahlarını məhv edəcək. Şimali İraqın Süleymaniyyə çölündə Qəndil yaxınlığındakı ərazidə qəbul ediləcək silahlar qeydiyyata alınacaq və sonra məhv ediləcək.
Plana görə, terror təşkilatının üzvləri silahlarını böyük, alovlu qazana atacaqlar.
Mərasimdə PKK terror təşkilatından yüksək rütbəli şəxslərin də olacağı və onların da silahı yerə qoyacağı qeyd edilir.
31 dəfə oxundu