Həkimlərin maaşları niyə verilmir? - TƏBİB

Həkimlərin maaşları niyə verilmir? -
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.

Bakupost.az xəbər verir ki, bunu TƏBİB Teleqraf-ın rayonlarda həkimlərin məvaciblərinin verilməməsi ilə bağlı sorğusuna aydınlıq gətirən zaman bildirib.

"Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzlərinin işçi heyəti Teleqraf-a müraciət edərək, ötən ayın məvaciblərini ala bilmədiklərini bildirmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...