Bircə ad yazılıb: BÜLBÜL

Bircə ad yazılıb:
Bu gün Nizami küçəsi ilə Bülbül küçəsinin kəsişməsində (Bülbülün heykəlinin yanında) 1 saatdan çox müşahidə aparmaq imkanım oldu. Heykəldən başlayaq. O boyda sənətkara heykəl qoyublar, ancaq postamentdə bircə ad yazılıb: BÜLBÜL. Tanimayan biri gəlir durur heykəlin qabağında, maraqlanır, baxır, heç nə anlamır, bu adam kimdir, nəçidir, nə vaxt doğulub, nə vaxt ölüb... Heç nə yoxdur...
Burada diqqətimi çəkən bir qız oldu. Heykəlin yanında kolonkasini qoyub mahnı oxuyurdu, bildiyiniz küçə musiqiçisi. Yana-yana oxuyurdu:
Bu aşk boylə bitəməz,
Burakma, tərk etmə beni.
Atma beni ölümlərə,
Atma beni zülmlərə...
Adamlar da çox etinasizcasina onun və Bülbülün yanından keçib gedirdilər. Repertuarda ancaq türk mahnıları idi (hər halda mən orda olduğum müddətdə). Bülbül də elə necə dayanmışdısa, eləcə dayanıb qulaq asırdı. Qabaqca mənə elə gəldi ki, qız məqsədli şəkildə buranı seçib, könlü xoş olsun deyə arada Bülbülün də mahnılarından oxuyacaq. Oxumadı, yeri də, görünür, kölgə olduğu üçün seçmişdi. Kölgə kimi uğurlu ola bilər, ancaq dinləyici, həm də yardımsevər dinləyici baxımından çox uğursuz idi. Mən olduğum müddətdə kimsə qızın pul atmaq üçün qoyduğu qaba gözünün ucu ilə belə baxmadı; Mərkəzi Bankin binasının qarşısı olsa da. Nahar vaxtı idi, tez-tez binadan adamlar çıxıb yaxınlıqdakı yemək yerlərinə gedirdi, görünür, acliq guc gəlmişdi deyə musiqi heç kimin vecinə deyildi, ac olanda sən o sən deyilsən misalı...
Qız da arada fasilə verib çömbəlib otururdu, dincini alırdı. Yeri gəlmişkən, burda bütün oturacaqlar günün qabağındadır, o üzdən heç kim oturmamışdi. Çox çətindirmi oturacaqları ağacın altına keçirmək?!(
Küçənin əks tərəfində velosiped parkınqi vardı, bir oğlan gəlib velosipedləri səliqəyə salırdı, bir az da narazı halda. Hərə mindiyini necə gəldi atıb getmişdi. Görünür, nəzarətçiydi, arada Bülbülün heykəlinin yanında oxuyan qıza da baxırdı, o da öz işindəydi:
Uzun, incə bir yoldayam... deyirdi. Oğlan velosipedləri qaydaya salıb gəldiyi velikinə minib uzun, incə... yoluna davam etdi.
Turistlər də gözə dəyirdi, musiqi onların da diqqətini çəkmirdi, qıza sarı baxan yox idi, sanki burda belə bir adam yoxmuş kimi yanından ötürdülər. Arada yoldan keçənlərdən nəyisə dəqiqləşdirmək istəyirdilər, ingilis dili bilmədiyimdən söhbətə qarışmırdım. Bu vaxt gözlədiyim adam gəldi, cib boş olduğundan küçəni bir qədər uzaqdan keçdim, mahnılara qulaq asmisdim, ancaq adamın haqqını verə bilmirdim, utandım qızın yanından keçməyə(( Kim bilir, bəlkə də, o qızın yanından keçənlərin çoxu beləydi(((
P.S.Müşahidə demişkən, avtobusa minib evə qayıdanda avtobusda da müşahidəni davam etdirdim, demək olar, sonuncu dayanacaqda minmişdik. Nizami kinoteatrınin qabağında. Ordan 2 sayli Tibb Kollecinə qədər avtobusa 75 nəfər mindi...


Bircə ad yazılıb:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...