Rusiyanın tapşırığı ilə terakt hazırlayanlar yaxalandı

Rusiyanın tapşırığı ilə terakt hazırlayanlar yaxalandı
Lvovda Ukrayna Təhlükəsizlik Xidməti və Milli Polisin birgə əməliyyatı nəticəsində Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hazırlanan terror aktının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, 17 yaşlı Dnepropetrovsk sakini və 16 yaşlı Çerkassı sakini anonim Teleqram kanallarında “sürətli gəlir” axtararkən Rusiya tərəfdən gələn “ələalma” (verbovka) cəhdlərinə tuş gəliblər. Daha sonra onlara Lvovda diversiya əməliyyatı həyata keçirmək tapşırılıb.

Yeniyetmələr şəhərə gedərək gizli saxlanılan yerdən içində 4.5 kq partlayıcı və metal qırıntıları olan çanta götürüblər. Daha sonra onlar Ukrayna hərbçisinə məxsus avtomobili izləyərək onun altına partlayıcı qurğu yerləşdiriblər.

Onlar avtomobilin yaxınlığında kamera ilə təchiz olunmuş telefon da qoyublar ki, kuratorlar partlayışı real vaxtda izləyə bilsinlər.

Hüquq-mühafizə orqanları onları əməliyyatı tamamlamaq üzrə olarkən saxlayıb. Partlayıcı zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...