Adəm Məmmədov azadlığa çıxdı

Adəm Məmmədov azadlığa çıxdı
Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa çıxıb.

Gundeminfo.az qafqazinfo-ya istinadla xəbər verir ki, onun həbs müddəti bu gün başa çatıb.

Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.

Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi.

Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...