Qəzadan sonra ögey qardaşları ortaya çıxdı - Kompensasiyanı istəyir...

Qəzadan sonra ögey qardaşları ortaya çıxdı -

Ötən il təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş - 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevə görə dövlətin təyin etdiyi kompensasiya onların heç bir ailə üzvünə verilməyib.

Gundeminfo.az xəbər verir ki, bu barədə "Bizim media" məlumat yayıb.

Buna səbəb isə yaxın qohumlar arasında mübahisənin olmasıdır.

Qeyd edilib ki, Qusar rayonunun Suduroba kəndindən olan mərhum bacı-qardaşı böyüdən, onların çətin anlarında yanında olan ana nənələri Asiyət Balabəyova olub. Amma kompensasiya təyin ediləndən sonra onlar sağ ikən əlaqələrinin olmadığı ögey qardaş ortaya çıxıb. O, qəzada həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...