Tramp 2 müsəlman ölkəsini hədələdi

Tramp 2 müsəlman ölkəsini hədələdi
İordaniya və Misir Qəzzadan fələstinliləri qəbul etməyə razı olmasa, ABŞ onlara yardımı dayandıra bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəli, niyə də olmasın? Razı olmasalar, yəqin ki, yardımı dayandıracağam, bəli”, - o, İordaniya və Misirin Qəzzadan fələstinliləri qəbul etməkdən imtinası halında yardımı dayandırıb-dayandırmayacağı haqda sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Trampın Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsi ilə bağlı təklifi kəskin tənqid edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...