İcra başçısı baş konsulu qəbul etdi

İcra başçısı baş konsulu qəbul etdi
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib
Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri Baş Konsula rayon haqqında ətraflı məlumat verib. Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildirib.
Sonra Baş Konsul rayon rəhbəri ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıbla. Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyində olublar.
Rayon rəhbəri Baş Konsula Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və rayonun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
Sonra Baş Konsul Recep Öztop öz növbəsində Tərtərdə olmaqdan məmun olduğunu bildirib, hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdib.
Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.



İcra başçısı baş konsulu qəbul etdi
İcra başçısı baş konsulu qəbul etdi
İcra başçısı baş konsulu qəbul etdi
İcra başçısı baş konsulu qəbul etdi
İcra başçısı baş konsulu qəbul etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...