Demokratların liderindən xalqa müraciət: Rahatlıq uzaqda deyil
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İlkin nəticələrə görə, demokratlar Senatda 51 mandat qazanaraq minimal çoxluğu təmin ediblər. Respublikaçılar isə hələlik 39 mandat əldə ediblər. Bir sıra ştatlarda səslərin hesablanması davam edir.
“Bütün proqnozların əksinə olaraq, biz demokratlar Senatda qələbə qazandıq. Amerika xalqına bir neçə söz demək istəyirik: rahatlıq artıq uzaqda deyil”, - deyə Şumer bildirib.
O qeyd edib ki, demokratlar ölkənin müxtəlif ştatlarında insanların narahatlıqlarını dinləyərək güclü “mavi dalğa” yaradıblar.
Şumerin sözlərinə görə, seçicilər ilk növbədə yüksək qiymətlərdən, xaosdan və korrupsiyadan narazılıqlarını ifadə ediblər.
Demokratların nəticələrini “nəsildə bir dəfə baş verən Senat xəritəsinin yenidən formalaşması” adlandıran Şumer vurğulayıb ki, indi partiya seçicilərin gözləntilərini doğrultmalıdır.
7 dəfə oxundu














