Cəlilabadın sabiq icra başçısı yenidən məhkəmə qarşısına çıxarılır

Cəlilabadın sabiq icra başçısı yenidən məhkəmə qarşısına çıxarılır Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 3-nə təyin edilib.

Qeyd: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Ali Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı əsası ilə şikayəti rədd edib. Bakı Apellyasiyiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
17 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...