Neftçalada yaşıllıqlıq ərazini kimlər məhv edir? İH-dən narazılıq

Neftçalada yaşıllıqlıq ərazini kimlər məhv edir? Neftçala şəhərində, Heydər Əliyev prospekti boyunca əkilmiş 1000-ə yaxın şam ağacının quruması sakinlərin narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, yerli sakinlərin iddiasına görə, illərlə şəhərin yaraşığı olan ağaclar son 3-4 ildə sulanmayıb, onların məhv olmasının qarşısını almaq üçün isə heç bir tədbir görülməyib.

Sakinlərin sözlərinə görə, yay aylarında ağacların quruması ilə bağlı dəfələrlə Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, şikayətlərə məhəl qoyulmayıb.

Sakinlər hesab edirlər ki, ağacların kütləvi şəkildə məhv olması illərlə davam edən laqeydliyin nəticəsidir.

Sakinlər hesab edir ki, ərazidəki yaşıllıq bilərəkdən məhv edilir ki, yer sonradan tikinti şirkətlərinə rahatlıqla satılsın.

Sakinlər icra hakimiyyətinin məsələni diqqətdə saxlamasını, bununla bağlı təcili tədbir görülməsini tələb edir.

Qarşı tırəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...