Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilibDövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Səbuhi Mərdanov isə Bakı Şəhər Statistika İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...