İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib

İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.
Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Növbəti qəbul rayonun Ələsgərli kənd İƏD üzrə nümayəndəliyinin Ələsgərli kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, Tərtər rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.   
Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri rəsmilərlə birlikdə Ələsgərli kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.
Qeyd olunub ki, Ələsgərli kəndinin 1190 nəfər əhalisi var. Ərazidə  1 məktəb, 1 kitabxana, 1 ticarət obyekti, 1 məişət obyekti və 14 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 676 baş iribuynuzlu, 1634 baş xırdabuynuzlu heyvan, 7330 baş quş və 96 arı ailəsi saxlayırlar.
Son üç ildə Ələsgərli kəndində kəndarası yollar 600 metr məsafədə çınqıl daşıilə təmir edilib, 2500 metr sahələrarası su arxları  lildən təmizlənib, kənd ərazisinə 140 ədəd müxtəlif növ ağaclar əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib. Kəndin 1 ədəd suvarma üçün üçün subartezian quyusunun vurulmasına və elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyyac var.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotik və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Görüş zamanı həmçinin Ələsgərli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.
Qəbul zamanı kənd sakinlərindən Məhəmmədəli Məmmədov kənd sakinlərinin həyətyanı torpaq sahələrində olan elektrik xəttinə dəyən ağacların budanması, Xəlil Əhmədov qəbiristanlığın qarşısında olan asfalt örtüyünün təmir olunması, İldırım Zamanov yol kənarında təhlükəli vəziyyətdə olan çinar ağacının budanması ilə bağlı müraciət ediblər.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.
Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib
İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib
İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib
İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib
İcra başçısının Ələsgərli kəndində səyyar-qəbul görüşü keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...