İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib

İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Ələsgərli kəndində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 
Qeyd edək ki, 1975-ci il mart ayının 17-də Tərtər rayonunun Ələsgərli inzibati ərazi vahidinin Ələsgərli kəndində anadan olmuşdur. Orta təhsili həmin kənd orta məktəbində almışdır. 1993-cü il aprel ayının 19-da Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. N saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Bu hərbi hissənin tərkibində xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 2 fevral 1994-cü ildə həmin bölgədə gedən döyüşlərdə itkin düşüb. Subay idi. Valideynləri Tərtər rayonunun Ələsgərli inzibati ərazi vahidinin Ələsgərli kəndində yaşayır.
Zaur Məmmədovun valideynləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib
İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib
İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib
İcra Başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Zaur Qəyyum oğlunun ailəsini ziyarət edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...