Tanınmış model 34 yaşında öldü

Tanınmış model 34 yaşında öldüAvstraliyalı model və çimərlik geyimləri dizayneri Sahara Rey vəfat edib.

GUNDEMİNFO Axşam.az-a istinadla xəbər verir ki, 34 yaşlı model xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sahara Rey 2016-cı ildə Havay adalarında keçmiş sevgilisi, müğənni Castin Biberlə birlikdə istirahət edərkən görüntülənməsi ilə mətbuatın diqqət mərkəzinə düşmüşdü.

Model əfsanəvi avstraliyalı sörfçü Toni Reyin qızıdır.

2024-cü ildə Sahara Rey ciddi avtomobil qəzasından sonra qismən iflic olmasına səbəb olan nadir nevroloji xəstəlik - Giyen-Barre sindromu ilə mübarizə apardığını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
17 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...