“Yelo Bank”ın mənfəəti kəskin azaldı – Şirkətlər pullarını bankdan geri götürür

“Yelo Bank”ın mənfəəti kəskin azaldı – Bu ilin ilk 3 rübünün yekununa olan məlumata görə, “Yelo Bank” ASC-nin mənfəəti kəskin azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bank tərəfindən açıqlanan rüblük hesabatda yer alıb.
Qeyd edək ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 568 min manat və ya 30,5% azalıb.
Məlumat üçün onu da qeyd edək ki, müştərilər tərəfindən “Yelo Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, hüquqi şəxslərin bankdakı depozitlərində azalma qeydə alınıb. Hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri bu il 18 milyon 260,4 min manat və ya 11,1% azalıb.
Həmçinin, “Yelo Bank”ın problemli kreditlərinin həcmi də kəskin artıb. Bu ilin 3-cü rübünün yekununda “Yelo Bank”ın problemli kreditləri 49 milyon 567 min manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın problemli krteditlərinin həcmi 11 milyon 339 min manat və ya 30% artıb. “Yelo Bank”da problemli kreditlərin ümumi kredit portfelindəki payı 4,3% olub.
Məlumat üçün bildirək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub.
Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib.
2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır.
Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci özəl bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...