Azərbaycanın axtarışa verdiyi türkiyəli aktyor kimdir? - DOSYE
Abdurrahman Tumer 10 oktyabr 1975-ci ildə Hatayın Reyhanlı rayonuna bağlı Mastepe kəndində doğulub. O, orta və ali təhsilini başa vurduqdan sonra İstanbulda məskunlaşıb. Anadolu Universitetinin İdarəetmə fakültəsinin məzunudur, evli və iki uşaq atasıdır.
Tumerin “Bin Yaşa Aşk” romanı və bir sıra şeir kitablarının müəllifi olduğu bildirilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, Abdurrahman Tumer Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlar və materialların yayılması ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
İstintaq materiallarına əsasən, onun 25 sentyabr–18 oktyabr 2026-cı il tarixlərində sosial şəbəkələrdə və digər internet resurslarında yaydığı materiallarla bağlı əsaslı şübhələr müəyyən olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Tumer barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir./Trend
18 dəfə oxundu











