İranda partlayışlar qeydə alındı - ABŞ hərəkətə keçdi

İranda partlayışlar qeydə alındı -  ABŞ Səudiyyə Ərəbistanındakı bəzi diplomatik əməkdaşlarına və onların ailələrinə ölkəni tərk etmək göstərişi verib. Bu arada, İranın cənubunda, Hörmüz boğazı yaxınlığında bir neçə partlayış qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, qərar Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanındakı mülki obyektlərə hücumları ilə əlaqədardır.

O, hələlik təxliyə göstərişinin yalnız Səudiyyə Ərəbistanına aid olduğunu vurğulayıb.

“Reuters”in məlumatına görə, Vaşinqton digər Körfəz ölkələrindəki diplomatik əməkdaşların ailələrinin də təxliyəsini nəzərdən keçirir.

İranın rəsmi IRNA agentliyi isə Hörmüzqan əyalətinin Sirik şəhərində, Karpan bölgəsində bir neçə partlayışın baş verdiyini bildirib. Hadisənin hücum, yoxsa raket buraxılışı nəticəsində baş verdiyi hələlik məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...