Ümid Özdağ Bakıya gəlir - Tarix

Ümid Özdağ Bakıya gəlir - TarixTürkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ Azərbaycana gələcək.

GUNDEMİNFO Modern.az-a istinadla xəbər verir ki, bunu Ümid Özdağın müşaviri Haqqı Şəfəq Səs Media Türk TV-nin efirində qonaq olarkən bildirib.

"Yeni Azərbaycan Partiyası ilə Zəfər Partiyası arasında əlaqələrin qurulmasında maraqlıyıq. Bu məsələni müzakirə etmək lazımdır. Ümid Özdağın rəhbərlik etdiyi nümayəndə heyətimiz bu məqsədlə dekabr ayında Azərbaycana səfər edəcək", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Haqqı Şəfəq Səs arasında görüş keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...