Köməksiz qalan 7 aylıq körpə belə xilas edildi - VİDEO

Köməksiz qalan 7 aylıq körpə belə xilas edildi -  Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gundeminfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...