İbad Hüseynov Gürcüstanda saxlanıldı

İbad Hüseynov Gürcüstanda saxlanıldıAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.

Gundeminfo lent.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.

Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tiflisə gedib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...