İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə

İsraildə seçici fəallığı:  İsraildə bu gün keçirilən parlament seçkilərində seçici fəallığı yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə 12:00) olan məlumata görə 16.68 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu, 1981-ci ildən bəri ən yüksək göstəricidir.

***

İsraildə seçici fəallığı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 14:00) olan məlumata görə 31.5 faiz təşkil edib.

Bildirilib ki, bu, 1973-cü ildən bəri ən yaxşı göstəricidir.

***

İsraildə seçici fəallığı yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə 44.9 faiz təşkil edib.

Qeyd edək ki, seçkidə əsas rəqabət Netanyahu bloku və Ayzenkotun rəhbərlik etdiyi “Antinetanyahu koalisiyası” arasında gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...