Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaq

Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaqRusiya Avropa ilə silahlı qarşıdurma planlaşdırmır.

RT xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

“Prezident Vladimir Putin son vaxtlar dəfələrlə bəyan edib ki, biz Avropa ilə hər hansı müharibə istəmirik və belə bir müharibə planlaşdırmırıq”, – Lavrov vurğulayıb.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Avropa ilə müharibənin baş verəcəyi təqdirdə onun fərqli xarakter daşıyacağını və çox qısa müddətdə başa çatacağını bildirib.

“Əgər müharibə olacaqsa, bu, başqa cür və çox qısa olacaq”, – Lavrov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...