Millət vəkilinin şirkəti bu universitetə 155 min manatlıq mebel satacaq
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi “Embawood” MMC (VÖEN – 6400009481) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Embawood” MMC Sumqayıt Dövlət Universitetinə mebel avadanlıqları satacaq və qarşılığında 155 min 493 manat 32 qəpik alacaq. Universitetin satın alacağı mebel avadanlıqları arasında 660 ədəd parta, 100 ədəd tələbə masası, 120 ədəd müəllim masası, 210 ədəd kreslo, 20 ədəd çıxış tribunası və s. olacaq.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Embawood” MMC 8 may 2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, B. Bağırov küçəsi, ev 15A, qapı 1 olan MMC-nin nizamnamə kapitalı 3 750 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur.
Məlumat üçün bildirək ki, şirkətin açıqladığı sonuncu maliyyə hesabatına əsasən, əməliyyat gəliri 2024-cü ildə 102,4 milyon manat olub. Xalis mənfəəti isə bir il ərzində 5 dəfədən çox artaraq 434 min manatdan 2,3 milyon manata çatıb.
Açıqlanan son məlumata görə, “Embawood” MMC-nin əsas pay sahibləri millət vəkili Məşhur Məmmədov, Polyakova Tamara və Elşad Abbasovdur.
10 dəfə oxundu













