Azərbaycanda “Uber”in adı dəyişdirildi

Azərbaycanda “Uber”in adı dəyişdirildiAzərbaycanda fəaliyyət göstərən “Uber” taksi sifarişi xidmətinin adı dəyişdirilib.

Gundeminfo FED.az-a istinadən xəbər verir ki, platforma bundan sonra “Heetch AZ” adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin “Quql Pley” (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında “Uber AZ”ın artıq “Heetch” olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...