Bakıda spirtli içkidən 15 nəfər ölüb -

Bakıda spirtli içkidən 15 nəfər ölüb -
Bakıda daha bir şəxs spirtli içkidən vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb.

Onun spirtli içkidən zəhərlənərək öldüyü müəyyənləşib

Məlumata görə, A.Akşurin dostunun evində spirtli içki qəbul edib.

Xatırladaq ki, fevralın 22-də həmin məclisdə iştirak edən daha 4 nəfərin də meyiti tapılmışdı. Onların texniki spirt qəbul etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...