Daha iki prezident və 3 baş nazir Kiyevə gəldi

Daha iki prezident və 3 baş nazir Kiyevə gəldi

Kanadanın Baş naziri Castin Trüdo, Litva və Latviya prezidentləri Gitanas Nauseda və Edqars Rinkeviç, həmçinin Estoniya və İspaniyanın baş nazirləri Kristian Mixal və Pedro Sançes Kiyevə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının nümayəndəsi Antonio Kosta da Kiyevə səfər edib.

Ukraynada müttəfiq dövlətlərin liderlərinin görüşü keçiriləcək, görüş zamanı sülh yolu ilə nizamlanma məsələləri qaldırılacaq və təhlükəsizlik təminatları müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...