Putin Türkiyəyə gedir? - Peskov açıqladı

Putin Türkiyəyə gedir? -
"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı hələlik konkret razılaşma yoxdur".

Teleqraf xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hələlik konkret razılaşmalar əldə olunmayıb. Rusiya və Türkiyə tərəfləri bütün səviyyələrdə intensiv dialoqu davam etdirirlər.

Peskov Federasiya Şurasının sədri Valentina Matviyenkonun Türkiyəyə son dərəcədə uğurlu səfərini qeyd edib. O, həmçinin iki ölkənin xarici işlər nazirləri səviyyəsində məhsuldar təmasların olduğunu qeyd edib.

Mətbuat katibi bildirib ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya, Putinin isə Türkiyəyə səfəri üçün daimi dəvət var. Lakin konkret tarixlər hələ müəyyən edilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...