Bərdədə qadın doğuşdan sonra öldü

Bərdədə qadın doğuşdan sonra öldü

Bərdədə 28 yaşlı ana doğuşdan sonra ölüb, körpə isə sağ qalıb.

Gundeminfo.az "Trend"ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə Şakir qızı kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğum Evinin baş həkimi Tünzalə Bəşirova məsələ barədə açıqlama verib:

"F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00-da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurublar.

Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır".

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
77 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...