51 yaşında ölən aktyorun diaqnozu – 1 il idi ki...

51 yaşında ölən aktyorun diaqnozu –
Türkiyədə 51 yaşında vəfat edən aktyor Şinasi Yurtsevər mədə xərçəngindən vəfat edib.


Onun 2024-cü ildə bu diaqnozu öyrəndiyi və müalicə aldığı məlum olub.
Aktyorun əməliyyat olub-olmaması məlum deyil.

Cəmi 1 il ərzində həyatını itirən aktyorun xəstəliyə belə gənc yaşda qalib gəlməməsi çoxlarını təəccübləndirib.

Aktyor ötən il aldığı müalicələr sayəsində remissiya əldə etmiş, çəkiliş meydançasına qayıtmışdı.

Lakin 15 gün öncə pnevmoniya olub və ağırlaşdığından xəstəxanaya yerləşdirilib. Orda mədə xərçənginin də yenidən aktivləşdiyi məlum olub.
Beləliklə, o, xərçəngə 2 dəfə tutulmuş olub.

O, hələ 2 həftəyə öncəyə qədər “Yüzdə iki” serialında çəkilirdi, özünü yaxşı hiss edirdi.

Bir çoxları onun elə pnevmoniya ağırlaşmasından ürək və ağciyər çatışmazlığından xəstəxanada öldüyünü güman edir. Çünki mədə xərçəngi 2 həftəyə insanı öldürə bilməzdi.

Mədə xərçəngi nədir?

Dünyada xərçəng xəstəlikləri siyahısında 5-cidir, çox aqressivdir, gizli gedir, gec aşkarlandıqda ölüm statistikasıda 3-cüdür.

Zərərli qidalanma, qastrit, xora, içki, siqaretdən qaynaqlanır və gec aşkarlandıqda əməliyyat olunma şansı azalır.

Aktyorun xəstəliyini media və qohumlardan, anasından gizli saxladığı da deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...