Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərləndi

Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.

Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır. /APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...