Paşinyan 3 prezidentə zəng edir, sərhədə ordu yığır – Səbəb
Paşinyan Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması xəbərini Putinə, Pezeşkiana, daha sonra Makrona verdi. Sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan erməni baş nazirin telefon trafikinin trayektoriyasının hədəfləri var.
- İki regional ölkənin - Rusiya və İranın dəstəyini əldə etmək və Azərbaycan qarşısında balansı xeyrinə dəyişdirmək;
- Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etmək.
Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq trayektoriyası formalaşdıra biləcəyinə ümid edir. Diplomatik addımlara paralel olaraq, sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması istisna deyil.
62 dəfə oxundu