Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?
Son bir neçə gündə dinamik və bol xəbər axını Ermənistan üçün həm siyasi, həm də müqayisəli mənada maraqlı ola biləcək bir hadisəyə diqqəti cəlb etməyə imkan vermədi.
Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Akop Badalyanın Teleqram kanalında yazıb.
O bildirib ki, martın 10-12-də Özbəkistan Prezidenti Şövkət Mirziyayev Parisdə dövlət səfərində olub, Fransa ilə Özbəkistan arasında strateji tərəfdaşlıq barədə razılıq əldə olunub, 2023-cü ilin noyabrında isə Fransa Prezidenti Makron Qazaxıstana rəsmi səfər edib:
“Qazaxıstan və Özbəkistan böyük uran istehsalçılarıdır, Fransa isə xüsusilə Afrikada öz mövqeyini itirəndən sonra yeni mənbələr axtarmağa çalışır.
Diqqətinizi Özbəkistana yönəltmək istərdim: Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür.
Məsələ burasındadır ki, Fransa Orta Asiyadan Avropaya nəqliyyat logistikasını necə təsəvvür edir? Mirziyayevin səfəri zamanı 6,5 milyard avro dəyərində investisiya layihələri paketi hazırlanıb və ümumilikdə Fransa-Özbəkistanın birgə investisiya paketi 12 milyard avronu keçib.
Bu, Ermənistanla bağlı “müqayisə” üçün bir fürsətdir, burada Ermənistan-Fransa münasibətləri ilə bağlı bir-birindən təsirli çıxışlar və hətta sağlıqlar demək olar. Təbii ki, Ermənistanın Fransadan müdafiə alışı etməsi yaxşıdır. Ancaq dövlətlərarası münasibətlərin həqiqi dərinliyi və yaxınlığı investisiya proqramları və onların intensivliyi ilə ölçülür”.
37 dəfə oxundu