Neft Fondu aylıq məlumatların açıqlanmasını niyə dayandırıb?
Azərbaycan Dövlət Neft Fondu bir sıra məlumatların aylıq açıqlanması praktikasını dayandırıb.
Musavat.com xəbər verir ki, bu, Fondun Mərkəzi Bankla birlikdə həyata keçirdiyi valyuta satışının həcmi, həmçinin Azərbaycanda həyata keçirilən iki neft-qaz layihəsi – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsi layihələrindən Neft Fonduna daxil olan gəlirlərə dair məlumatlardır.
Neft Fondundan Musavat.com-un sorğusuna verilən cavaba görə, açıqlanan məlumatların sayının azaldılması beynəlxalq hesabatlılıq təcrübəsinə uyğunlaşmaqla bağlıdır:
“Bildiyiniz kimi, Dövlət Neft Fondu öz informasiya siyasətinə uyğun olaraq rüblük əsasda Fondun aktivlərinin həcmi, büdcə xərcləri və gəlirləri və investisiya fəaliyyətinin nəticələrinə dair məlumatları paylaşır. AÇG və Şahdəniz üzrə gəlirlər, həmçinin valyuta satışına dair məlumatların rüblük açıqlanan həmin məlumatlarda əhatə olunduğunu nəzərə alaraq, koordinasiyalı məlumat axınını təmin etmək və beynəlxalq hesabatlılıq təcrübəsinə uyğunlaşmaq məqsədilə ARDNF 2025-ci ildən etibarən AÇG və Şahdəniz layihələrindən daxilolmalar, eləcə də valyuta satışları barədə hesabatları rüblük dərc olunan məlumatların tərkib hissəsi olaraq təqdim edəcək”.
62 dəfə oxundu