“Novruzda əfv olmayacaq" - maya qədər iclaslar davam edəcək

“Novruzda əfv olmayacaq" -
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O, iclasların may ayına kimi davam edəcəyini söyləyib:

"Komissiyanın iclasları hələ davam edir, müraciətlər hədsiz çoxdur. May ayı da daxil olmaqla komissiyanın iclasları davam edəcək".

Əliməmməd Nuriyev bu günə kimi yüzlərlə müraciətə baxıldığını xatırladıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...