Azərbaycanda eşşəklərin sayı azalıb

Azərbaycanda eşşəklərin sayı azalıbAzərbaycandakı eşşəklərin sayı ilə bağlı yeni statistika açıqlanıb.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Bu 2025-ci illə müqayisədə 2 400 baş azdır. Ötən il ölkədə 12 700 baş eşşək var idi.

Rəsmi statistika göstrər ki, eşşəklərin baş sayı ildən-ilə azalan xətlə davam edir. Belə ki, 2024-cü ildə Azərbaycanda 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə 23 400, 2016-cı ildə 35 800 baş eşşək var idi. pizza hut

Rəsmi statistikaya görə, atların da baş sayı azalıb. 2026-cı ilin əvvəlinə ölkədə 46 400 baş at qeydə alınıb. Ötən il bu rəqəm 49 400 baş idi. Bu isə o deməkdir ki, atların sayında 3 000 baş azalma olub.

Rəsmi məlumatda ölkədəki dəvələrin sayının 400 baş olduğu göstərilib ki, bu da 2025-ci ildəki kimidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...