Nazir: "10-15 ilə düzələcək..."
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan təhsil sistemi uzun müddət dil qaydaları üzərində qurulub və oxu bacarığı ayrıca məzmun xətti kimi qəbul edilməyib:
"Biz oxunu nə öyrədirik, nə ölçürük. Dərsliklərimizdə də bu, öz əksini tam tapmır. Bizim Azərbaycan dili ilə problemimiz yoxdur. Oxu özü ayrıca bir bacarıqdır və biz bu bacarığın tədrisini bu gün ölkə olaraq yaxşı edə bilmirik".
E.Əmrullayevin sözlərinə görə, vəziyyətin dəyişməsi üçün tədrisin məzmunu, metodika və qiymətləndirmə çərçivəsi yenilənməlidir. O vurğulayıb ki, nəticələrin yaxşılaşması qısa müddətdə mümkün deyil və bunun üçün ən azı 10-15 il vaxt tələb oluna bilər.
Nazir qeyd edib ki, oxu bacarıqlarının inkişafına ibtidai siniflərdən, hətta məktəbəqədər mərhələdən başlanmalıdır.
11 dəfə oxundu










