Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"Məşhur “Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb.

Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin “YouTube” proqramında sualları cavablandırarkən söz açıb. O, atası ilə mütəmadi görüşdüklərini bildirib:

“Atamın yanına tez-tez gedib-gəlirdik. Biz həmişə görüşmüşük. Son 1 ay yarımda görüşə bilməmişdik. İndi gəlib məni gördü, şok oldu. Arıqlamağıma görə təəccübləndi”.

Anar Cəlilov şəxsi həyatı ilə bağlı da danışaraq üçüncü həyat yoldaşından rəsmi şəkildə boşandığını açıqlayıb:

“3 dəfə evlənib boşanmışam. Allah dördüncüdən saxlasın. 4 övladım var. Böyük oğlumun 23 yaşı var. İkinci övladım Hüseyndir. Ən balaca övladımın 5 yaşı var. 20 yaşımdan evlənirəm. Daha bəsdir”.

Qeyd edək ki, Çingiz Cəlilov 9 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...