Avropada yaşıl enerjidən ən çox istifadə edən ölkələr açıqlanıb – Siyahı

Avropada yaşıl enerjidən ən çox istifadə edən ölkələr açıqlanıb –Avropada elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə səviyyəsinə görə ölkələr arasında ciddi fərq var.
Yeniavaz.com “Eurostat”a istinadən xəbər verir ki, bərpa olunan enerjinin ümumi elektrik istehsalındakı payı ən yüksək Norveçdə qeydə alınıb.
Norveçdə bu göstərici 98,4 faiz təşkil edir. Bu ölkədə ümumi elektrik istehsalının 88,6 faizi isə hidroenerjinin payına düşür.
İkinci yerdə Lüksemburq qərarlaşıb. Burada bərpa olunan enerji mənbələrinin payı 88,4 faizdir. Danimarkada bu göstərici 86,9 faiz, Avstriyada 85,6 faiz, Portuqaliyada isə 84 faiz təşkil edir.
İlk onluqda həmçinin Litva (80 faiz), Latviya (73,5 faiz), Xorvatiya (73,1 faiz), İslandiya (69,5 faiz) və İsveç (68,7 faiz) yer alır.
Ən aşağı göstərici Çexiya və Maltada qeydə alınıb. Bu ölkələrdə bərpa olunan enerjinin ümumi elektrik istehsalındakı payı müvafiq olaraq 16,7 faiz və 15,3 faiz təşkil edib.
Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda Azərbaycanda bərpa olunan enerjinin ümumi elektrik istehsalındakı payı 21,7 faiz göstərilib. Bildirilir ki, bunun 14,5 faizi hidroenerjinin, 3,99 faizi küləyin, 2,3 faizi günəşin, 0,9 faizi isə bioyanacaqların payına düşür.
Qeyd edək ki, bu göstəriciyə görə Azərbaycan Avropa ölkələrindən yalnız Çexiya və Maltadan öndədir.
Avropada və Azərbaycanda bərpa olunan enerjinin ümumi elektrik istehsalındakı payı aşağıdakı kimi olub:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...