Kommunal xərclər azaldılır? – AÇIQLAMA

Kommunal xərclər azaldılır? –  “Kommunal xərclərin azaldılmasına ehtiyac var. Hamının, bütün istehlakçıların arzusudur. Əsas da regionlarda, kəndlərdə yaşayan insanlar üçün çox ağırdır. Bakı və ətraf ərazilərdə yaşayanlar üçün də çox çətindir. Təbii ki, limitlər ləğv edilməli, qiymətlər də endirilməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli kommunal xidmətlərdə limitlərin aradan qaldırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

O bildirib ki, bunun qərarını verən isə Nazirlər Kabineti, Tarif Şurasıdır: “Onlar bu işi görmək üçün müəyyən addımlar atmalıdır. Çünki insanlarımızın real gəlirlərinin az olduğu bir dövrdə kommunal xidmətlərin limitli olması ailə büdcəsində kifayət qədər ağır yük yaradır”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...